Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Braziliyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi ilə əməkdaşlıq müzakirə olunub - BBN

Braziliyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi ilə əməkdaşlıq müzakirə olunub

“Hannover Messe 2026” beynəlxalq sənaye sərgisində iştirak çərçivəsində Braziliyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi arasında ilə keçirilən görüşdə investisiya əməkdaşlığının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Almaniyanın Hannover şəhərində keçirilən “Hannover Messe 2026” beynəlxalq sənaye sərgisi çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Braziliyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (“ApexBrasil”) arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycan və Braziliya arasında çoxtərəfli əməkdaşlığa dair Yol Xəritəsi çərçivəsində görülən işlər müzakirə olunub. Xüsusilə Azərbaycan iş adamlarının “Buyers Project” proqramında iştirakı imkanları, investisiya əməkdaşlığının genişləndirilməsi, Braziliya Milli İqtisadi və Sosial İnkişaf Bankı (BNDES) ilə əlaqələrin inkişaf etdirilməsi, eləcə də braziliyalı investorların Azərbaycanda fəaliyyət göstərən iqtisadi zonalara cəlb olunması məsələləri, həmçinin qarşılıqlı investisiya layihələrinin təşviqi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Hannover Messe 2026” sərgisi dünyanın aparıcı sənaye və texnologiya sərgilərindən biri kimi innovativ həllərin təqdimatı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni biznes tərəfdaşlıqlarının qurulması baxımından mühüm platforma hesab olunur. Sərgidə Azərbaycanı Ələt azad iqtisadi zonası stendlə təmsil edib.

Qeyd: “Buyers Project” xarici alıcıları Braziliyaya dəvət edərək yerli şirkətlərlə B2B görüşlər təşkil etməklə ixracın və beynəlxalq biznes əlaqələrinin inkişafını təşviq edən mexanizmdir.

Related posts

Tunis ilə ticarət dövriyyəsində artım var

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivlik ABDF-in maliyyə mexanizmləri ilə dəstəklənir

Beynəlxalq forumun iştirakçıları “ASAN xidmət”də

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı