Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.68 dollar, yaxud 0.76% azalaraq 88.28 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə, Brent xam nefti isə 0.61 dollar, yaxud 0.64% azalaraq 95.38 dollara satılır. Təbii qazın qiymətləri isə 0.17 dollar, yaxud 2.86% artaraq 6.05 dollara ticarət edilir.
Brent xam neftinin qiyməti ilə bağlı proqnoz isə budur ki, 2022-ci ilin IV rübündə 1 barrelinə görə 93 dollar, 2023-cü ildə isə 95 dollar olacaq.