Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Brent” nefti 60 dollara düşdü – son 2 ayın minimumu - BBN

“Brent” nefti 60 dollara düşdü – son 2 ayın minimumu

Londonun ICE birjasında 2026-cı ilin mart ayı üçün “Brent” markalı neftin fyuçerslərinin qiyməti yeni ticarət həftəsinin əvvəlində ucuzlaşıb.

Ticarət məlumatlarına əsasən, “Brent” markalı neftin qiyməti 1,32 % azalaraq bir barel üçün 60 dollar olub. Bu göstərici 19 dekabr 2025-ci ildən bəri ilk dəfə qeydə alınıb. Qiymətlərə ABŞ-nin Venesuelaya mümkün hərbi müdaxiləsi fonunda yaranan qeyri-müəyyənlik təsir göstərib.

Bakı vaxtı ilə saat 03:00-a olan məlumata görə, “Brent” markalı neftin bir barelinin qiyməti 60 dollar təşkil edib.

Bakı vaxtı ilə saat 03:05-də isə qiymətlərdə eniş tempi zəifləyib və “Brent” markalı neft 60,54 dollar səviyyəsində (-0,35 %) ticarət olunub. Eyni zamanda, WTI markalı neftin 2026-cı ilin fevral ayı üçün fyuçersləri 0,45 % ucuzlaşaraq 57,06 dollar olub.

Related posts

“FED İki Od Arasında: Müharibə İnflyasiyanı Alovlandırır, Faiz Endirimi Təhlükədə!”

Hörmüz Qırmızı Xəttə Çevrildi: Neft 85$-ı Keçdi, Qlobal Təchizat Təhlükədə!

Hörmüz Boğazı Təhlükədə? Neft Qiymətləri 7%-dən Çox Bahalaşdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı