Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.66 dollar, yaxud 0.73% artaraq 90.82 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.60 dollar, yaxud 0.64% yüksələrək 94.30 dollara satılır. Təbii qazın qiymətləri isə 0.01 dollar, yaxud 0.30% enərək 2.70 dollara ticarət edilir.
Qeyd edək ki, xam neft ilə bağlı son proqnoz göstərir ki, qiymətlər 100 dollara çatacaq, ancaq bu uzunmüddətli olmayacaq.