Brent xam neftinin qiyməti 84 dollara çatır

Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.

BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.72 dollar, yaxud 0.91% artaraq 79.50 dollara ticarət edilir.

Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.65 dollar, yaxud 0.78% yüksələrək 83.57 dollara satılır. Təbii qazın qiymətləri isə 0.04 dollar, yaxud 1.50% enərək 2.63 dollara ticarət edilir.

Qeyd edək ki, “Goldman Sachs”ın ekspertləri neftin qiyməti ilə bağlı yenilənmiş proqnozunu açıqlayıb. İnvestisiya bankı proqnoz edir ki, Brent xam neftinin qiyməti 80 dollardan yuxarı qalxacaq və ilin sonuna qədər isə 86 dollara çatacaq. Bankın proqnozuna əsasən hazırda xam neftə olan rekord tələb qiymətləri qısamüddətli dövr üçün yüksəldib.

Related posts

İstanbulda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişaf etməkdə olan Bazarlar Forumu keçirilib

Kommersiya qurumlarının sayı 8,2 faiz artıb

Moldova ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti addımlar müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı