Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.58 dollar, yaxud 0.72% ucuzlaşaraq 80.03 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.56 dollar, yaxud 0.66% azalaraq 84.43 dollara satılır. Təbii qazın qiymətləri isə 0.03 dollar, yaxud 1.21% enərək 2.13 dollara ticarət edilir.
Qeyd edək ki, 2023-cü ildə bütün analizləri nəzərə alaraq isə xam neftin qiyməti ilə bağlı proqnoz isə onu göstərir ki, Brent-in qiyməti orta hesabla 1 barrelinə görə 87 dollar olacaq.