Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.35 dollar, yaxud 0.50% enərək 69.16 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.29 dollar, yaxud 0.39% azalaraq 73.85 dollara satılır. Təbii qazın qiymətləri isə 0.12 dollar, yaxud 4.64% yüksələrək 2.73 dollara ticarət edilir.
Qeyd edək ki, xam neft ilə bağlı yenilənmiş proqnoz göstərir ki, 2023-cü ilin ikinci yarısında Brent neftinin qiyməti orta hesabla 79 dollara satılacaq. 2024-cü ildə isə 84 dollar olacaq.
Eyni zamanda dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barrelinin qiyməti 1.16 dollar, yaxud 1.49% azalaraq 76.57 dollar təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barrel neftin orta qiyməti isə 60 dollardan hesablanıb.