Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.32 dollar, yaxud 0.45% artaraq 72.09 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.43 dollar, yaxud 0.56% yüksələrək 77.58 dollara satılır. Təbii qazın qiymətləri isə 0.03 dollar, yaxud 1.02% azalaraq 2.53 dollara ticarət edilir.