Bu günədək Naxçıvan Muxtar Respublikasında sahibkarlara 1,4 milyon manatdan çox güzəştli kredit verilib

“Bu ilin fevral-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (sahibkarliq) güzəştli kredit mexanizmindən yararlanıblar”. 

BBN.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“İndiyədək Muxtar Respublikada 21 mikro sahibkara 1,4 milyon manatdan çox güzəştli kredit verilib. Ümumilikdə kənd təsərrüfatı üzrə 9, sənaye məhsullarının istehsalı (o cümlədən, aqrar emal) üzrə 6, ictimai iaşə sahəsində 3, logistika sahəsində 2 və turizm sahəsi üzrə 1 layihə Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərdən yararlanıb”. 

 

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı