Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bu gün 1 avro 1 dollardır – Səbəb - BBN

Bu gün 1 avro 1 dollardır – Səbəb

Avrozonada Rusiyadan qaynaqlanan təbii qaz problemi ilə bağlı olaraq, region potensial iqtisadi tənəzzülə yaxındır, elə buna görə də bu gün 1 avro 1 dollara ticarət olunub.

BBN.az xəbər verir ki, Rusiyanın dövlət şirkəti Qazprom-dan cümə günü elan ediblər ki, əsas Nord Stream 1 təbii qaz xəttini yenilənmə ilə bağlı olaraq Avropaya 3 günlük, avqustun 31-dən sentyabrın 2-dək kəsəcəklər. Qazprom isə bunu heç bir xəbərdarlıq etmədən edib. 

Avro 0.4% dəyər itirib və 0.99 dollara ticarət olunub, daha sonra isə 1 avro 1 dollara bərabərləşib.

Qeyd edək ki, avro dollar qarşısında son 20 ildə ilk dəfə cari ilin iyulunda bərabərləşib. İnvestor və iqtisadçılar isə bildirirlər ki, enerji qiymətlərinin yüksəlməsi regionda iqtisadi aktivliyin azalmasına səbəb olacaq. İnvestorlar, həmçinin, ABŞ-ın Mərkəzi Bankının (FED) çərşənbə axşamı günü illik konfransına və ordan gələcək xəbərlərə fokuslanıblar. İllik görüşdə onlar borc alınan pulu necə yüksəltmək lazımdır ki, inflyasiya ilə mübarizə aparmaq mümkün olsun məsələsinə baxacaqlar. 

Related posts

Mərkəzi Bankın rəsmi valyuta məzənnələri – 16.02.2026

Rəsmi valyuta məzənnələri (13.02.2026)

Qızıl geri çəkildi – Güclü ABŞ iqtisadiyyatı bazarı silkələdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı