Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Çinin yeni qərarı səhmlərin qiymətinə təsir edib, amma FED-in potensial aqressiv qərarı narahatlıq doğurur - BBN

Çinin yeni qərarı səhmlərin qiymətinə təsir edib, amma FED-in potensial aqressiv qərarı narahatlıq doğurur

Asiya-Sakit okean regionunda səhmlərin dəyəri bazar ertəsi günündən bəri aşağı olub, bu isə FED-in aqressiv faiz artımı ilə bağlı narahatlıqların yenidən başlaması ilə bağlıdır, lakin Çində isə əksinə yüksəlməyə başlayıb, səbəb isə ölkənin özünün kredit faiz dərəcələrini aşağı salması ilə bağlıdır. Shanghai Composite Index-də qiymətlər 0.61% artaraq 3,277.79 olub, Shenzhen Component Index isə 1.19% yüksələrək 12,505.68 olub.

BBN.az CNBC.com-a istinadən xəbər verir ki, Çinin Mərkəzi Bankı əsas bir illik kredit faiz dərəcələrini 5 baza bəndi azaldaraq 3.65%-ə, 5 illik faiz dərəcələrini isə 15 baza bəndi azaldaraq 4.3%-ə çatdırıb. 

Bundan başqa, Asiyanın Honkonq bazarında Hang Seng index son ticarət saatında 0.6% azalıb. Cənubi Koreyanın Kospi-si 1.21% yüksələrək 2,462.5-ə çatıb, Kosdaq isə 2.25% azalaraq 795.87 olub. 

Related posts

YAPONİYADA TARİXİ DÖNÜŞ: Yaponiya Bankı 31 illik rekord üçün faiz artımına hazırlaşır

Asiya bazarlarında “Qara gün”: Texnologiya şoku və hərbi gərginlik bazarları uçuruma sürükləyir!

“S&P”: İslam maliyyə sektorunda artım tempi yavaşlayacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı