Bu gün “Apple” yeni iPhone 14 və “Apple Watch” modellərini təqdim edəcək: Nə gözlənilir? – Bloomberg

Bu gün, yəni sentyabrın 7-də “Apple” kompaniyası iPhone 14 modelini və “Apple” “ağıllı” saatlarını elan edəcək. Şirkətdən əmin ediblər ki, çox əhəmiyyətli bayram alış-verişi fəslində “ağıllı” telefon və saatlar seriyasında böyük dəyişikliklər olacaq. 

BBN.az xəbər verir ki, bu haqda “Bloomberg Technology” özünün YouTube kanalında bildirib.

Belə ki, bu gün Amerika saatı ilə səhər saat 10:00-da, yaxud Bakı saatı ilə axşam (21:00) təşkil ediləcək tədbirdə iPhone 14, digər seriyalarda olduğu kimi dörd modeldə təqdim ediləcək. Onlardan 2-i adi modeldə, digər 2-si isə pro modelində olacağı gözlənilir.

Bloomberg Technology-dən bildirilib ki, hər iki versiyalar 6.1 inç və 6.7 inç ölçüləri ilə gələcək. Fərqləri isə performans, ekran texnologiyası, material və kamerası ilə bağlı olacaq. Yeni iPhone 14 modelləri, iPhone 13 modellərinə oxşayacaq, söhbət alüminium tərəfindən, paslanmaz polad və daha çox premium versiyalarından gedir. Real dizayn dəyişikliklərini isə iPhone 14-ün pro modellərində müşahidə edəcəksiniz, belə ki, bu modellərdə kamera daha keyfiyyətli və prosessoru isə daha sürətli olacaq. iPhone 14-ün adi 2 versiyasında isə kamera demək olar ki, iPhone 13-ə oxşayacaq, ciddi bir dəyişiklik gözlənilmir. 

“Alma” şirkətinin yeni “ağıllı” saatlar xəttinə gəldikdə isə, “Apple Watch” daha sürətli prosessoru ilə seçiləcək. Apple Watch-un 8-ci seriyası isə demək olar ki, 7-yə oxşayacaq. Lakin fərqi odur ki, yeni bədən temperaturu sensoru əlavə ediləcək. “Apple Watch”un ilk pro versiyası da bu gün təqdim edilən “ağıllı” saatlar sırasında olacaq. Yeni “ağıllı” saatın daha böyük ekranı, batareya ömrü, alüminiumdan hazırlanmış dizaynının olacağı gözlənilir.

Tədbiri onlayn izləmək üçün BURAYA klik ediniz.

Related posts

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı