Bu gün Avropa Mərkəzi Bankı mətbuat konfransı təşkil edəcək

Analitiklərin daha öncədən də xəbər verdiyi kimi dekabrın 14-də ABŞ-ın Mərkəzi Bankının (FED) faiz artımı qərarından sonra Avropa Mərkəzi Bankının da dekabrın 15-də iclasının nəticələrini paylaşacağı gözlənilir.

BBN.az Reuters-ə istinadən xəbər verir ki, bu gün Avropa Mərkəzi Bankının prezidenti Christine Lagarde mətbuat konfransında çıxış edəcək. 

Ekspertlərin gözləntilərinə əsasən tənzimləyici FED kimi 0.50%-lik bir artıma gedəcək və bu il üçün bankın 4-cü qərarı olacaq. Eyni zamanda, FED kimi Avropa Mərkəzi Bankının da investorlara faiz artımlarının davam edəcəyinin siqnalını verəcəyi və inflyasiya ilə mübarizənin ciddi bir hal olduğunu bildirəcəyi və inflyasiya göstəricilərinin tənzimləyicinin 2%-lik hədəfindən 2025-ci ilə qədər yuxarı olacağını qeyd edəcəyi gözlənilir.

Qeyd edək ki, Christine Lagarde bu gün qərarını Bakı vaxtı ilə saat 17:15-də açıqlayacaq.

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı