Bu gün Avstraliyanın Mərkəzi Bankının 8-ci dəfə faiz artımına gedəcəyi gözlənilir

Bu gün Avstraliyanın Mərkəzi Bankı 2022-ci ildə 8-ci dəfə faiz dərəcələri ilə bağlı qərarını açıqlayacaq. Cari ildə ilk faiz artımı mayda olub, artım 0.25%, faiz dərəcəsi isə 0.35 olub. İyun və iyulda faiz artımı 0.50% olub, faiz dərəcəsi isə müvafiq olaraq 0.85 və 1.35-ə çatıb.

BBN.az bu haqda 9 News Australia TV kanalına istinadən xəbər verir.

Avqust və sentyabrda da bank 0.50%-lik artıma gedib, faiz dərəcələri isə müvafiq olaraq 1.85 və 2.35-ə çatıb. Mərkəzi Bank oktyabr və noyabrda isə faiz artımını azaldıb və 0.25 edib və faiz dərəcələri 2.60 və 2.85-ə yüksəlib. Bu gün də Bankın daha 0.25%-lik bir artıma gedəcəyi gözlənilir. Bu isə sadə dillə desək, 750.000 ipoteka krediti olan şəxsin hər ay əlavə 113 dollar ödəməsi deməkdir. 750.000 dollar nümunəsindən davam etsək, mənzil sahibi faiz artımından sonra bu il ekstra 1.247 dollar ödəyib.

Related posts

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı