Bu gün IMF-nin Pakistan ilə bağlı qərar verəcəyi gözlənilir

Pakistanda qeyri-adi daşqınlar ölkənin, həm şimal, həm də cənub bölgəsinə təsir edib. 30 milyondan çox insan daşqınlardan zərər görüb, 1000-dən çox insan isə ölüb.

BBN.az xəbər verir ki, Pakistan onsuz da iqtisadi böhran ilə mübarizə aparırdı, ölkədə yüksək inflyasiya var, milli pul vahidi dəyərini itirir və cari hesab defisiti mövcuddur.

International Monetary Fund-ın (IMF) Pakistana köməklik üçün bu həftə daha 1.2 milyard dollar ayıracaqları gözlənilir, (bu gün qərar verəcəkləri gözlənilir-red.) bu isə 2019-cu ildən başlayan, qurumun ölkəyə 7 və 8-ci pulköçürməsinin bir hissəsi olacaq.

Bazar günü ölkənin Xarici işlər naziri Bilawal Bhutto-Zardari açıqlamasında deyib ki, daşqınlar ilə mübarizə aparmaq üçün ölkənin maliyyə köməkliyinə ehtiyacı var. Əlavə edib ki, ümid edir ki, IMF kimi maliyyə institutları ölkəyə dəyən iqtisadi zərəri nəzərə alacaqlar. Nazir əlavə edib ki, daşqınların ölkəyə iqtisadi zərəri hələ də hesablanır, ancaq ilkin qiymətləndirməyə görə, bu rəqəm 4 milyard dollardır. Həmçinin əlavə etmişdi ki, alınan köməkliklər kifayət etmir. Kanadanın baş naziri Justin Trudeau isə CBC TV-yə açıqlamasında deyib ki, beynəlxalq təşkilatlar vasitəsilə Pakistana maliyyə yardımı edəcəklər.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyev Pakistana öz başsağlığını vermiş və 2 milyon dollar dəyərində maliyyə ayırmışdı.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı