Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Kart əməliyyatları” mövzusunda Mərkəzi Bankın nümayəndələri ilə görüş keçirilmişdir - BBN

“Kart əməliyyatları” mövzusunda Mərkəzi Bankın nümayəndələri ilə görüş keçirilmişdir

23 avqust 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun, “Ödəniş sistemləri və rəqəmsal bankçılıq Ekspert Qrupu”nun və Mərkəzi Bankın nümayəndələrinin iştirakı ilə online görüş keçirilib.

Görüş zamanı “kart əməliyyatları” mövzusuna dair geniş tərkibdə praktiki yanaşmaların müzakirəsi, müvafiq mövzular barədə fikir mübadiləsi aparılıb. Əlavə olaraq görüşdə Komplayns Ekspert Qrupunun nümayəndələri tərəfindən hazırlanan tövsiyə sənədinin müzakirəsi aparılıb.

Qeyd ki, sözügedən mövzu ilə əlaqədar 26 avqust 2022-ci il tarixində “Ödəniş sistemləri və rəqəmsal bankçılıq Ekspert Qrupu”nun ayrıca iclası keçirilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Related posts

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Azərbaycanın nəqliyyat sahəsindəki təcrübəsi növbəti dəfə beynəlxalq səviyyədə nümunə kimi təqdim olunub

Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı