Bu gün İngiltərə Mərkəzi Bankının ən yüksək faiz artımı qərarı gözlənilir

Bu gün İngiltərə Mərkəzi Bankının (Bank of England) yüksək inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini kəskin artıracağı gözlənilir. 

BBN.az Good Morning Britain TV səhər verilişinə istinadən xəbər verir ki, bankdan gözlənilir ki, faiz dərəcələrini hazırki 2.25-dən 3%-ə yüksəltsin. Bu isə sadə vətəndaşlar üçün daha bahalı kreditlər, daha bahalı ipoteka kreditləri deməkdir. Qısası, yüksək faiz dərəcələri yaşam xərclərinə və insanların büdcələrinə təsir edəcək.

Bank of England-ın bu addımı dekabrdan bəri qəbul etdiyi 8-ci qərar olacaq, bu isə faiz dərəcələrini özünün son 14 ildəki ən yüksək səviyyəsinə çatdıracaq. Əgər bank faiz dərəcəsini 3%-ə qaldıracaqsa, bu həm də 1989-cu ildən bəri ilk dəfə bir gündə qəbul edilən ən yüksək artım olacaq.

Qeyd edək ki, sonuncu dəfə Bank of England faiz dərəcələrini sentyabrın 22-də 0.5% artıraraq 2.25% səviyyəsinə qaldırmışdı. Analitiklər isə bildirirlər ki, faiz dərəcələri 2023-cü ildə 4.75%-ə çata bilər. 

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı