Bu həftə ABŞ-ın əsas inflyasiya data-ları açıqlanacaq: Səhm fyuçersləri cüzi yüksəlib

Dow Jones-un qiymətində kiçik dəyişiklik baş verib, S&P 500 fyuçersləri 0.06% aşağı düşüb, Nasdaq 100 isə 0.06% dəyər itirib. Wall Street-dən isə yeni açıqlanacaq inflyasiya data-sını yaxından izləyirlər.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, əsas 3 stok fyuçerslərinin qiyməti son 3 həftədir azalmadan sonra, yenidən dəyər qazanıb. Belə ki, Dow Jones 2.66%, S&P 500 3.65% yüksəlib. Nasdaq fyuçersləri isə 4.14% dəyər əldə edib.

Səhm qiymətləri ABŞ-ın Mərkəzi Bankının (FED) sentyabrda gözlənilən görüşü ilə bağlı olaraq dəyişir, belə ki, FED-in növbəti 0.75%-lik artıma gedəcəyi gözlənilir, bu isə yüksək inflyasiya ilə mübarizə aparmaq üçün atılacaq. 

Wall Street gözləyir ki, əgər inflyasiya ilə bağlı data nəticələrin az olduğunu göstərsə, bu halda FED-in faiz artımı qərarı da daha az olacaq. Həmçinin Mərkəzi Bankın rəhbəri Jerome Powell ötən həftələrdəki açıqlamalarında bildirmişdi ki, o, inflyasiyanı aşağı salmaqda olduqca qərarlıdır. 

Əlavə edək ki, investorlar bu həftə, çərşənbə axşamı açıqlanacağı gözlənilən avqust ayının istehlakçı qiymət indeksinə də baxacaqlar. Bu hesabat da FED-in sentyabr görüşündə nəzərə alacağı nüanslardan biri olacaq. Riteyl satışları və sənaye istehsalı ilə bağlı hesabatlar isə bu həftə, cümə axşamı günü elan ediləcək. 

Analitiklər isə deyirlər ki, əgər yeni hesabatlardakı rəqəmlər yüksək olarsa, bu səhm və istiqrazlar bazarına neqativ təsir edəcək. 

Related posts

ABŞ-nin Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə bağlı – Qərarı

OpenAI yeni “İdarə heyəti” yaradıb

Elon Musk Supercharger adlı şarj stansiyası şəbəkəsini genişləndirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı