Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bu il 1600-dək əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib - BBN

Bu il 1600-dək əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

Əlilliyi olan şəxslərin özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfat və müəssisələrinin qurulması işləri davam edir. Cari ilin ötən dövründə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 1600-dək əlilliyi olan şəxs  həmin proqrama cəlb olunub.

Bu kateqoriyadan olan şəxslərin proqrama cəlb edilməsi prosesi hazırda da davam edir.  

Qeyd edək ki, proqramla əhatə olunanlar həssas qruplardan biri olan əlilliyi olan şəxslərə üstünlük verilir. Onlar seçdikləri iqtisadi fəaliyyət növləri üzrə və biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təmin olunurlar.

Eyni zamanda, BMT İnkişaf Proqramı ilə birgə icra olunan “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi üzrə isə daha 500 nəfər əlilliyi olan şəxsin aktivlər verilməklə kiçik biznesi qurulur. BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu ilə birgə Nazirliyin icra etdiyi layihənin əsas istqiamətlərindən biri kimi də əlilliyi olan şəxslərin özünüməşğulluğunun dəstklənməsi işləri aparılır.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı