Bu il daha 170 peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il daha 170 peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib. İlin sonunadək daha 100-ə yaxın  standartın hazırlanıb təsdiqlənməsi nəzərdə tutulub.

Peşə standartları konkret peşə sahəsi üzrə işçinin yerinə yetirməli olduğu işin məzmunu və əmək şəraiti ilə bağlı minimum tələblərin məcmusu, kvalifikasiya standartı isə kvalifikasiyalar üzrə tələb olunan səriştələri, təlim nəticələrini və qiymətləndirmə meyarlarını əhatə edir.

Əmək bazarının tələblərinə uyğun kadr hazırlığında, işçi qüvvəsinin keyfiyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılmasında həmin standartlar əsas baza hesab edilir.

Son 5 ildə 1200-ə yaxın peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib və Nazirliyin e-sosial.az portalındakı “Peşə və Kvalifikasiya Standartlarının Reyestri”ndə yerləşdirilib.

Related posts

Mobil operatorlar yeddi ayda 700 mln. manata yaxın gəlir əldə ediblər

Nazir Rəşad Nəbiyev Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb

Dövlət Xidməti internet tariflərinin artımı ilə əlaqədar araşdırmalara başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı