Bu il dövlət əmlakının icarəsindən büdcəyə 18 milyon manata yaxın vəsait daxil olub

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-iyun ayları ərzində dövlət əmlakının icarəsindən büdcəyə 17,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Dövlət Xidmətindən bildirilib ki, cari ildə dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib. Bu ilin birinci yarımilliyi ərzində qeyri-yaşayış sahəsinə dair 308 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 3,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Eyni zamanda, cari ilin yanvar-iyun aylarında 1518 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 14,5 milyon manat məbləğində vəsait ödənilib.

Ümumilikdə isə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2024-cü ilin birinci yarımilliyi ərzində 1826 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan icarə müqaviləsinin sayı 4,88 faiz artıb.

Cari ilin yanvar-iyun ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 17,8 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artım qeydə alınıb.

Related posts

Əmək müqavilələrinin sayı artıb

Leyla Barxudarzadə: “Azərbaycanın investisiya cəlbediciliyinin yüksəldilməsi əsas hədəflərdəndir”

“Brent” neftinin qiyməti 82 dollara yaxınlaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı