Bu ilin altı ayında dövlət büdcəsinin gəlirləri 18,8 milyard manat təşkil edib

Cari ilin ilk altı ayı ərzində dövlət büdcəsinin gəlirləri 16 milyard 940,6 milyon manat proqnoza qarşı 18 milyard 842,9 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 1 milyard 902,3 milyon manat və ya 11,2 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 21,7 faiz və ya 3 milyard 363,0 milyon manat çoxdur.

BBN.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 18,0 faiz çox icra edilməklə 12 milyard 452,4 milyon manat təşkil edib.

Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin daxilolmalarının 8 milyard 282,4 milyon manatı və ya 44,0 faizi vergi daxilolmalarının, 6 milyard 390,5 milyon manatı və ya 33,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 3 milyard 252,2 milyon manatı və ya 17,3 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 250,0 milyon manatı və ya 1,3 faizi Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından daxilolmalarının, 241,5 milyon manatı və ya 1,3 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarının, 17,8 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 408,5 milyon manatı və ya 2,2 faizi sair daxilolmaların payına düşüb.

Yanvar-iyun ayları üzrə dövlət büdcəsinin altı aylıq gəlirləri üçün təsdiq edilmiş proqnozdan vergi daxilolmaları üzrə 1 milyard 053,8 milyon manat və ya 14,6 faiz, gömrük rüsumları və idxala görə vergi daxilolmaları üzrə 418,2 milyon manat və ya 14,8 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 3,7 milyon manat və ya 26,2 faiz, sair daxilolmalar üzrə 328,3 milyon manat və ya 5,1 dəfə çox daxilolmaların təmin edilməsinə nail olunub.

Related posts

Azərbaycan Respublikası Mərkəzi Bankı ölkə assosiasiyaları ilə görüş keçirmişdir

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

TuranBank ağacəkmə aksiyası təşkil edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı