Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bu ilin yanvar-mart ayları ərzində 85.708 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb - BBN

Bu ilin yanvar-mart ayları ərzində 85.708 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar- mart ayları ərzində daşınmaz əmlak üzərində 85.708 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Qeydiyyata alınan mülkiyyət hüququnun 13.424-ü (15,7%) ilkin, 72.284-ü isə (84,3%) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası
2025-ci ilin ilk rübü ərzində fərdi yaşayış və bağ evi üzərində – 14.224, mənzil – 19.200, torpaq sahəsi – 49.386, qeyri-yaşayış binası – 709, qeyri-yaşayış sahəsi – 1.991, əmlak kompleksi – 147, çoxmərtəbəli yaşayış binası – 48 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 20.746-sı Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
Bu ilin yanvar-mart ayları ərzində 60.412 texniki pasport tərtib edilib, 14.444 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Related posts

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

Azərbaycanda orta aylıq əməkhaqqı 1100 manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı