Bu ilin yanvar-may ayları ərzində 154.337 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-may ayları ərzində daşınmaz əmlak üzərində 154.337 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu göstəricinin 23.989-u (15,5%) ilkin, 130.348-i isə (84,5%) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası

2024-cü ilin ilk 5 ayında fərdi yaşayış və bağ evi üzərində – 23.455, mənzil üzərində – 34.094, torpaq sahəsi – 91.749, qeyri-yaşayış binası – 1.357, qeyri-yaşayış sahəsi – 3.345, əmlak kompleksi – 321, çoxmərtəbəli yaşayış binası üzərində isə 16 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 39.177-si Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin yanvar-may ayları ərzində 114.705 texniki pasport tərtib edilib, 29.311 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Birinci yarımildə Energetika Nazirliyi və tabeli qurumlara 4167 müraciət daxil olub

Naxçıvanda kommersiya qurumlarının 61,3 faizi elektron qaydada qeydiyyata alınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı