Budəfəki yarmarkalarda 61 işəgötürən tərəfindən 580 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək yarmarkalarının təşkili prosesi davam edir.

Budəfəki yarmarkalar Bakı, Qarabağ və Qazax-Tovuz Regional Məşğulluq filialları tərəfindən keçirilib. Aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan olan işəgötürənlər, Məşğulluq filialının nümayəndələri, işsiz və işaxtaran şəxslər iştirak edib.

Yarmarkada 61 işəgötürən tərəfindən 580 vakansiya təqdim edilib.

Yarmarkaya qatılan şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib, onlarla ilkin müsahibələr aparılıb.

Həmçinin aktiv məşğulluq tədbirində vətəndaşlara Agentiyin aktiv məşğulluq tədbirləri və məşğulluq imkanlarının qiymətləndirilməsi prosesi ilə bağlı məlumat verilib.

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əhaliyə birgə müraciəti

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı