Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək yarmarkalarının təşkili prosesi davam edir.
Budəfəki yarmarkalar Bakı, Qarabağ və Qazax-Tovuz Regional Məşğulluq filialları tərəfindən keçirilib. Aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan olan işəgötürənlər, Məşğulluq filialının nümayəndələri, işsiz və işaxtaran şəxslər iştirak edib.
Yarmarkada 61 işəgötürən tərəfindən 580 vakansiya təqdim edilib.
Yarmarkaya qatılan şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib, onlarla ilkin müsahibələr aparılıb.
Həmçinin aktiv məşğulluq tədbirində vətəndaşlara Agentiyin aktiv məşğulluq tədbirləri və məşğulluq imkanlarının qiymətləndirilməsi prosesi ilə bağlı məlumat verilib.