Beynəlxalq Valyuta Fondu (BVF) yeni hesabatını təqdim edib.
BBN.az xəbər verir ki, hesabat “Qeyri-müəyyənlik şəraitində bərpanın yavaşlaması” adlanır.
Sözügedən hesabatda BVF Asiya-Sakit Okean regionu üzrə iqtisadi artım proqnozunu 0,3% artıraraq 4,6%-ə çatdırdığını açıqlayıb.
Açıqlamada bildirlib ki, Çinin bu il iqtisadi artım proqnozu 0,8 bənd artırılaraq 5,2-yə çatdırılarkən, gələn il üçün artım proqnozu 4,5 səviyyəsində sabit saxlanılıb.
Hesabatda qlobal iqtisadi artımın yavaşlaması və Rusiya-Ukrayna müharibəsinin iqtisadi aktivliyə təzyiq göstərməyə davam etdiyi, eyni zamanda 2023-cü ilin qlobal iqtisadiyyat üçün çətin bir il olduğu qeyd edilib.