Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
BVF Türkiyə üzrə 2026-cı il iqtisadi artım proqnozunu 2,9%-ə endirdi - BBN

BVF Türkiyə üzrə 2026-cı il iqtisadi artım proqnozunu 2,9%-ə endirdi

BVF Türkiyə iqtisadiyyatı üzrə 2026-cı il üçün artım proqnozunu aşağı salıb.

BBN.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) Dünya İqtisadi Görünüşü hesabatına dair yenilənmiş məlumatında Türkiyə üzrə 2026-cı il iqtisadi artım proqnozunu 3,4%-dən 2,9%-ə endirib.

Qurumun proqnozuna görə, Türkiyə iqtisadiyyatının 2027-ci ildə artım tempi isə əvvəlki 3,5%-lik gözləntidən 3,6%-ə yüksəlib.

BVF həmçinin 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu da aprel ayında açıqlanan 3,1%-dən 3%-ə endirib. Hesabatda qeyd olunub ki, bu göstərici son iki ildə qeydə alınan orta 3,5%-lik artım tempindən aşağıdır.

Fonddan bildirilib ki, qlobal iqtisadiyyat müxtəlif istiqamətlərdə təsir göstərən iki əsas amilin təsiri altında formalaşır və bu amillər ölkələrə qeyri-bərabər təsir edir. Bununla belə, dünya iqtisadiyyatının müharibələrin yaratdığı şoklara gözlənildiyindən daha davamlı olduğu vurğulanıb.

Hesabatda qeyd edilir ki, ABŞ və İran arasında iyun ayında əldə edilmiş müvəqqəti sülh razılaşması iqtisadi risklərin nisbətən balanslaşmasına kömək etsə də, risklər hələ də aşağı istiqamətdə qalır. BVF Yaxın Şərqdə gərginliyin yenidən artması, qlobal ticarətdə parçalanmanın dərinləşməsi və süni intellektlə bağlı gözləntilərin doğrulmaması kimi amilləri əsas risklər sırasında göstərib.

Bununla yanaşı, BVF daimi sülh razılaşmalarının qlobal ticarət marşrutları və təchizat zəncirlərinin bərpasını sürətləndirə biləcəyini qeyd edərək, 2027-ci il üzrə qlobal iqtisadi artım proqnozunu 3,2%-dən 3,4%-ə yüksəldib.

Qurum həmçinin enerji və ərzaq qiymətlərinin təsiri ilə bu il üzrə qlobal istehlak qiymətləri artımı proqnozunu 4,4%-dən 4,7%-ə qaldırıb.

Related posts

bp və tərəfdaşları Azərbaycanda sosial layihələrə 115 milyon dollardan çox vəsait xərcləyib

Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verd

“bp” Azərbaycanda fəaliyyətini növbəti 25 ildə də davam etdirmək istəyir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı