BYD şirkətinin Mərkəzi Asiya ölkələri üzrə icraçı direktorun müavini ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi məsələləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin BYD şirkətinin Mərkəzi Asiya ölkələri üzrə icraçı direktorun müavini İvan Sao ilə görüşüb.

Görüşdə ölkəmizin iqtisadi prioritetləri, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi barədə məlumat verilib, bu sahədə tərəfdaşlıq perspektivləri vurğulanıb, Çin şirkətləri ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət olunub. Görüşdə ekoloji baxımdan əlverişli olan texnologiyaların tətbiqi perspektivləri və bu istiqamətdə  BYD şirkəti ilə əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı