Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Cari ilin 6 ayı ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” vasitəsilə 2106 zəng qəbul edilib - BBN

Cari ilin 6 ayı ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” vasitəsilə 2106 zəng qəbul edilib

Daxil olan zənglərin 1880-i elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 99-u təşəkkür xarakterli, 127-si isə digər məsələlərlə bağlı olub.

Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir. “Çağrı Mərkəzi”nin xidmətlərindən istifadə etmək üçün vətəndaşlar Bakı şəhəri üzrə “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan “012 974” nömrəsini yığmaqla zəng edə bilərlər. Çağrı Mərkəzi qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş günlərində saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.

Related posts

Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb

Transatlantik faiz uyğunluğu: Reallıq, yoxsa “ilğım”?

Federal Ehtiyat Sistemi (FED) faiz qərarını açıqladı: Gözlər Pauellin bəyanatlarına fokuslanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı