Cari ilin 9 ayda Energetika Nazirliyi və tabeli qurumlara 5403 müraciət daxil olub

2023-cü ilin 9 ayı ərzində Energetika Nazirliyi və tabeli qurumlara 5403 vətəndaş müraciəti daxil olub.

Müraciətlərin 4676-sı müvafiq qaydada icra edilib, 240-ı icradadır. 487 müraciət isə məlumat xarakterlidir (müraciətin geri götürülməsi, təşəkkür və digər).

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, qaz təchizatı, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq, işlə təminat və digər mövzularla bağlı olub.

Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 153 vətəndaş qəbul edilib və qəbullarda səsləndirilən müraciətlər üzrə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Birinci yarımildə Energetika Nazirliyi və tabeli qurumlara 4167 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı