Cari ilin ikinci rübündə Netflix abunəçilərinin sayı 238,4 milyon nəfərə çatıb

Qlobal Dijital Yayım platforması olan Netflix-in abunəçi bazası 2023-cü ilin ikinci rübündə təxminən 5,9 milyon nəfər artıb. Şirkətin dünya üzrə abunəçiləri isə illik müqayisədə 8% artaraq 238,4 milyon nəfərə çatıb.

BBN.az bildirir ki, Netflix-in bu ilin ikinci rübünün nəticələrinə əsasən şirkətin gəliri 8,2 milyard ABŞ dollarına çatıb. Ötən ilin aprel-iyun aylarında şirkətin gəliri 7,9 milyard ABŞ dolları olub.

Şirkətin xalis mənfəəti ikinci rübdə 1,5 milyard ABŞ dollarına çatıb. Keçən ilin ikinci rübündə Netflix-in xalis mənfəəti 1,4 milyard ABŞ dolları olub.

Şirkətin səhm üzrə qazancı da eyni dövrdə 3,20 ABŞ dollarından 3,29 ABŞ dollarına yüksəlib.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı