Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
CƏB profisiti üzrə proqnoz açıqlandı – 2026-cı ildə 3 mlrd. dollara yaxın gözlənilir - BBN

CƏB profisiti üzrə proqnoz açıqlandı – 2026-cı ildə 3 mlrd. dollara yaxın gözlənilir

Cari əməliyyatlar balansının profisiti (CƏB) 2026-cı il üzrə 2,8–3 milyard ABŞ dolları, 2027-ci il üzrə isə 2,7–2,8 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırılıb.

Bunu uçot dərəcəsi ilə bağlı keçirilən mətbuat konfransında Taleh Kazımov bildirib.

Mərkəzi Bank sədrinin sözlərinə görə, makroiqtisadi proqnozlar enerji qiymətləri üzrə baza ssenarisinə əsaslanır. Belə ki, Azərbaycan neftinin qiyməti 2026 və 2027-ci illər üçün 64 ABŞ dolları səviyyəsində götürülüb.

Təbii qaz üzrə isə min kubmetrin qiyməti:

  • 2026-cı il üçün 269 ABŞ dolları,

  • 2027-ci il üçün 254 ABŞ dolları səviyyəsində proqnozlaşdırılıb.

Qeyd edək ki, CƏB-in profisitli qalması ölkənin xarici sektor dayanıqlığı və valyuta bazarında tarazlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Related posts

Bir və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir

Azərbaycanda 9 bankın kredit portfeli 1 milyard manatı ötüb

Rabitəbank tibb işçiləri üçün xüsusi nağd pul krediti kampaniyasına start verib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı