“CFI Financial İnvestisiya Şirkəti” QSC-nin yeganə səhmdarı – dünyanın aparıcı onlayn ticarət brokeri CFI Financial Group şirkətdəki payını 100 %-dən 98 %-ə endirib.
Buna səbəb Cəmiyyətin Müşahidə Şurasının üzvlərinin investisiya şirkətindən pay almasıdır.
Belə ki, Karim Malas hər birinin nominal dəyəri 1 000 manat olan 7 ədəd, Mazen Abbas isə 84 ədəd səhm əldə edib. Nəticədə onlar “CFI Financial İnvestisiya Şirkəti”nin səhmlərinin müvafiq olaraq 0,15 %-nə və 1,85 %-nə sahib olublar.
Xatırladaq ki, şirkət 2014-cü ildən fəaliyyət göstərən Azfinance İnvestisiya Şirkəti QSC-nin bazasında 2024-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,55 milyon manat təşkil edir.