Home » CFI Financial İnvestisiya Şirkəti-də səhmdar strukturu dəyişib

CFI Financial İnvestisiya Şirkəti-də səhmdar strukturu dəyişib

by Zeyneb
0 comments 1 views 1 minutes read

“CFI Financial İnvestisiya Şirkəti” QSC-nin yeganə səhmdarı – dünyanın aparıcı onlayn ticarət brokeri CFI Financial Group şirkətdəki payını 100 %-dən 98 %-ə endirib.

Buna səbəb Cəmiyyətin Müşahidə Şurasının üzvlərinin investisiya şirkətindən pay almasıdır.

Belə ki, Karim Malas hər birinin nominal dəyəri 1 000 manat olan 7 ədəd, Mazen Abbas isə 84 ədəd səhm əldə edib. Nəticədə onlar “CFI Financial İnvestisiya Şirkəti”nin səhmlərinin müvafiq olaraq 0,15 %-nə və 1,85 %-nə sahib olublar.

Xatırladaq ki, şirkət 2014-cü ildən fəaliyyət göstərən Azfinance İnvestisiya Şirkəti QSC-nin bazasında 2024-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,55 milyon manat təşkil edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.