Çin 2023-cü il üçün yeni iqtisadi hədəflərini açıqlayıb

Dünyanın ən böyük 2-ci iqtisadiyyatının olduğu Çin 2023-cü il üçün inkişaf hədəfini təxminən 5% müəyyən edib. Çin, eyni zamanda istehlakçı qiymət indeksini cari il üçün 3%, işsizlik dərəcəsini 5.5% hədəfləyib. Meqapolis şəhərlərdə 12 milyondan çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulub, daha öncəki proqnoz isə 11 milyon idi. CNBC analitiklərinin bu ölkə üçün orta inkişaf proqnozu isə 5.24%-dir.   

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, bu haqda məlumat bazar günü açıqlanıb.

2022-ci ildə isə ölkə Ümumi Daxili Məhsulu (ÜDM) cəmi 3% inkişaf etmişdi və bu isə nadir hal idi ki milli hədəflərdən uzaq idi. Halbuki ötən il üçün inkişaf hədəfi 5% nəzərdə tutulmuşdu. Analitiklər isə bildirirlər ki, yaxın ayları diqqətlə nəzərdən keçirmək lazımdır ki, yeni lider özəl sektor inamını necə artırılmasına dəstək olacaq. Onlar bildirirlər ki, bu isə fiskal və monetar siyasətdən daha çox önəmlidir. 

Related posts

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 3,1 milyard dollara çatıb

Azərbaycan “2024 Korea Import Fair” sərgisində təmsil olunub

Kyrgyzstan and Kazakhstan: Strengthening Partnership in the Implementation of Modern Technologies and Development of Innovations – Photos

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı