Çin 224 blokçeyn layihəsini təsdiqləyib

Çin mətbuatı tərəfindən yayılan məlumata əsasən, Çin hökuməti tərəfindən 224 blokçeyn əsaslı layihə təsdiq edilib. Bu layihələrin təqribi 40%-i paytaxt şəhər olan Pekindən irəli sürülüb.

İrəli sürülən 224 layihədən 53-ü maliyyə texnologiyaları (fintech) sahəsi üzrə tərtib olunub. Təsdiqlənən layihələr arasında “Baidu”, “JD”, “Alibaba”, “Suning”, “China Mobile”, “China Merchants Bank” və digər Çin mərkəzli qurumların layihələri ilə yanaşı, “Walmart” supermarketlər şəbəkəsinin ərzaq təhlükəsizliyinə nəzarət ilə bağlı təklif etdiyi blokçeyn layihəsi də yer alıb.

Koronavirus pandemiyasının episentri olan Çində hökumət rəqəmsallaşmaya sürətli keçid məqsədilə “Huawei” və “Tencent” şirkətləri ilə tərəfdaşlıq nəticəsində Milli Blokçeyn Komitəsini yaradıb. Bununla yanaşı, “Huawei” şirkəti Şenzen vilayətində blokçeyn texnologiyalarının tətbiqinin sürətləndirilməsi üçün hökumət ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

Related posts

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 3,1 milyard dollara çatıb

Azərbaycan “2024 Korea Import Fair” sərgisində təmsil olunub

Kyrgyzstan and Kazakhstan: Strengthening Partnership in the Implementation of Modern Technologies and Development of Innovations – Photos

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı