Çin daha bir elektriklə işləyən karqo gəmisini testdən keçirib

Elektriklə işləyən texnika sahəsində yeni cığırlar açan Çin Xalq Respublikası daha bir elektrikli karqo gəmisini sınaqdan keçirib. Yanszı çayı üzərində sınaqdan keçirilən karqo gəmisi 1000 tonluq yük tutumuna malikdir. Karqo gəmisinin 40 elektrikli avtomobil batareyası gücündə olan 1458 kilovat/saatlıq batareyası sayəsində 2.5 saat enerji yığmaqla gəmi 50 kilometrlik məsafəni qət edə bilir. “State Grid Corporation of China” tərəfindən hazırlanan bu elektrikli karqo gəmisi “Zhongtiandianyun 001” adlandırılıb.

“Zhongtiandianyun 001” gəmisinin batareyasının mütəmadi olaraq doldurulması üçün Yanszı çayı üzərində 8 fərqli şəhərdə 4918 şarjetmə məntəqələri təsis edilib. Bu məntəqələrin illik olaraq təmin etdiyi 57 milyon kilovattlıq enerji sayəsində, illik 20 milyon litr dizel yanacağına qənaət edilə biləcək. Hazırda Yanszı çayı üzərində hərəkət edən gəmilərin 90%-i dizel yanacağı ilə işləyir.

Məlumat üçün qeyd edək ki, dünyanın ilk elektriklə işləyən karqo gəmisi 2017-ci ilin sonlarında Çinin “Hangzhou Modern Ship Design & Research” şirkəti tərəfindən hazırlanıb və 2200 tona yaxın yük tutumuna malikdir.

Hazırda, Çinin “Alibaba” və “China Merchants Port” şirkətləri rəqəmsal texnologiyaların inteqrasiyasını asanlaşdıracaq “ağıllı liman”ların inşasını planlaşdırır.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı