Çin gənclərinin işsiziyi yüksək səviyyəyə çatır

Rəsmi rəqəmlər göstərir ki, şəhər yerlərində 16-24 yaşlı gənclər arasında işsizlik səviyyəsi keçən ay ərzində 21,3%-ə qədər yüksəlib.

Bu, dünyanın ikinci ən böyük iqtisadiyyatının iyunun sonuna qədər olan üç ayda cəmi 0,8% böyüdüyü bir vaxta təsadüf edir.

Gənclərin məşğulluğu iqtisadçılar tərəfindən yaxından izlənilir, çünki bu il rekord səviyyəyə çatan 11,58 milyon universitet məzununun Çin iş bazarına girəcəyi gözlənilir.

Bir neçə aydır ki, şəhər gəncləri arasında işsizlik səviyyəsi yüksəlir. Buna səbəb olan faktorlardan biri  təhsil alan məzunların hazırda mövcud olan iş yerləri arasında olan uyğunsuzluqdur.

Səlahiyyətli şəxslər, gənclər arasında işsizliyin yəqin ki, önümüzdəki aylarda artmağa davam edəcəyini və avqust ayında pik həddinə çatacağını etiraf etdilər.

Hang Seng Bank China-nın baş iqtisadçısı Dan Wang hesab edir ki, işsiz gənclər Çinin şəhər yerlərində potensial işçi qüvvəsinin cəmi 1,4%-ni təşkil edir.

Related posts

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 3,1 milyard dollara çatıb

Azərbaycan “2024 Korea Import Fair” sərgisində təmsil olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı