Çin Xalq Bankı (PBOC) bazar proqnozlarına tam uyğun olaraq əsas kredit faiz dərəcələrini (LPR) ardıcıl 12-ci ayda da sabit saxladığını elan etdi. Şirkət və ev təsərrüfatlarının kreditlərinə birbaşa təsir edən birillik faiz dərəcəsi 3.00% səviyyəsində qaldığı halda, ipoteka kreditləri üçün əsas meyar hesab olunan beşillik faiz dərəcəsi 3.50% olaraq qorundu. Rəsmi Pekin ilin ilk rübündəki güclü iqtisadi artımdan sonra apreldə zəifləyən sənaye istehsalı və pərakəndə satışı canlandırmaq istəyir. Digər tərəfdən isə neft qiymətlərindəki artım və qlobal tədarük zəncirindəki gərginlik ciddi inflyasiya riskləri yaradır. Məhz bu iki təhlükəli amil arasında sıxışıb qalan Çinli rəsmilər kütləvi faiz indirim lüksünə getmək əvəzinə, daha təmkinli və “hədəfli dəstək” addımları ilə irəliləməyə qərar verdilər.