Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqi sahəsində əməkdaşlıq müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov “China Southern Power Grid Company” və “Powerchina Huadong Engineering Corporation Limited” şirkətlərini təmsil edən Avrasiya Regionu üzrə baş menecer Zhu Bonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi çərçivəsində cari onillik ərzində mövcud elektrik enerjisi şəbəkəsinə inteqrasiya ediləcək yaşıl güclər barədə məlumat verilib. Qarşı tərəfin batareya tipli və hidroenerji əsaslı enerji saxlanc sistemlərinə dair təkliflərini özündə ehtiva edən təqdimatı dinlənilib. Hər iki texnologiyanın spesifik xüsusiyyətləri nəzərdən keçirilib, saxlanc sistemlərinin Azərbaycanda külək və günəş stansiyaları ilə birgə tətbiqi müzakirə edilib.

Related posts

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Rusiya ilə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı