Çində əsas istehakçı qiymətləri 2 ilin ən yüksək səviyyəsindədir

Çində əsas istehlakçı qiymətləri iyulda 2.7% yüksəlib, gözləntilər isə 2.9% yönündə idi. 

BBN.az xəbər verir ki, bu haqda Reuters tərəfindən aparılan sorğuda iştirak edən analitiklər deyiblər.

“Pinpoint Asset Management” şirkətinin prezidenti və baş iqtisadçısı Zhiwei Zhang deyib ki, ölkədə ərzaq olmayan məhsullar kateqoriyası iyulda özünün iyun səviyyəsindən 0.1% azalıb. Bu isə zəif tələbin olmasından qaynaqlanır”.

“Wind Information” tərəfindən əldə edilən rəsmi məlumatlara görə, çinlilərin əsas qida rasionuna daxil olan donuz ətinin qiyməti iyulda bir il əvvəl ilə müqayisədə 20.2% yüksəlib. Ərzaq məhsulları (donuz əti 25.6%) üzrə aylıq artım isə rekord həddədir. 

Çinin Milli Statistikalar Bürosunun məlumatına, əsasən iyulda təzə meyvə və tərəvəzlərin qiymətləri bir il əvvəl ilə müqayisədə müvafiq olaraq 16.9% və 12.9% yüksəlib. 

Yay mövsümü olmasına rəğmən, turizm qiymətləri iyulda bir il əvvəl ilə müqayisədə cəmi 0.5% yüksəlib.

Related posts

Aprel-May-İyun aylarında ABA tərəfindən keçirilmiş tədbirlər – AYLIQ İCMAL

“İxrac icmalı”nın mart sayı açıqlanıb

Yanvar-Mart aylarında ABA tərəfindən keçirilmiş tədbirlər – AYLIQ İCMAL

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı