Çinin “0 Covid” strategiyasına davam etməsi investorlar üçün bəd xəbərdir

Çində fəaliyyət göstərən bir çox məşhur şirkətlərin hökumətin “0 Covid” strategiyasından dolayı zavodlarını müvəqqəti bağlaması (məsələn, Apple kimi-red.) investorlar üçün bəd xəbər hesab edilir.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, investorlar bu günə qədər gözləyirdilər ki, Çin yaxın gələcəkdə qapanmalar ilə bağlı qadağalarını aradan qaldıracaq. 

Cümə günü Çinin səhm bazarı kəskin şəkildə yüksəlib, bu isə qapanmaların sona çatması ilə bağlı şayiələr yayılması ilə bağlı idi.

Hökumətin bu siyasəti isə ölkəyə böyük iqtisadi xərclər bahasına başa gəlsə də, lider Xi Jinping şəxsi olaraq bu siyasəti dəstəkləyir və yaxın zamanda qapanmaların sona çatması ilə bağlı bir siqnal verməyib. 

Bildirək ki, bazar ertəsi günü Çinin ixrac və idxal ilə bağlı hesabatı göstərib ki, oktyabrda nəticələr gözlənilməz şəkildə azalıb. Bu isə 2020-ci ilin mayından bu yana ilk azalmadır. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı