Çinin hərbi şousundan sonra Tayvanın səhm bazarı silkələnib

ABŞ-ın ən yüksək rütbəli şəxsinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfərindən və Çinin hərbi əməliyyatları dayandırmasından sonra Tayvanın Asiya-Sakit bazarında səhmlərinin qiyməti yüksəlib. 

BBN.az CNBC.com-a istinadən xəbər verir ki, Tayvanın Taiex şirkətinin səhmləri 2.03%, çip istehsalçısı TSMC-nın səhmləri 3% yüksəlib. Bu həftə Pelosinin səfəri çərçivəsində ABŞ və Çin arasında aqressiyanın artması nəticəsində index ticarəti aşağı idi. 

Maraqlıdır ki, Çinin hərbi şousundan sonra market bazarı buna təəccüblə reaksiya verməyib, ancaq Yaponiyanın Müdafiə naziri Nobuo Kishi deyib ki, “Çinin raket hücumları Yaponiyanın xüsusi iqtisadi zonasına düşüb, hərbi təlimləri ciddi problem olaraq qiymətləndirib”, – deyə NBC News-un hesabatında deyilib.

Nikkei 225 Yaponiyada 0.78%, Topix indeksi isə 0.75% dəyər qazanıb. Avstraliyanın S&P/ASX 200 indeksi 0.43% yüksəlib, Avstraliyanın Mərkəzi Bankı isə özünün inflyasiya proqnozuna yenidən baxıb və xəbərdarlıq edib ki, iqtisadiyyatı yavaşlama gözləyir. Cənubi Koreyada Kospi 0.87%, Kosdaq isə 0.84% dəyər qazanıb. Honkonq-un Hang Seng index-i isə cüzi miqdarda dəyər qazanıb.

Related posts

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 3,1 milyard dollara çatıb

Azərbaycan “2024 Korea Import Fair” sərgisində təmsil olunub

Kyrgyzstan and Kazakhstan: Strengthening Partnership in the Implementation of Modern Technologies and Development of Innovations – Photos

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı