Çinin kölgə bankı: “Borclar həddindən artıq çoxdur və xərcləri ödəyə bilmirik”

Çinin ən böyük kölgə banklarından biri olan Zhongzhi Enterprise Group (ZEG) çərşənbə günü investorlara məktub göndərib. Məktubda bildirilib ki, ölkənin ən böyük kölgə banklarından biri olan ZEG xərcləri ödəyə bilmir və daşınmaz əmlak sektorunda baş verən geriləmə ölkənin kölgə bankçılıq sektorunda 3 trilyon dollar dəyərində problem yarada bilər.

BBN.az xəbər verir ki, CNN nəşrinin isə tam olaraq bankın investorlara göndərdiyi məktub və onun kontenti haqda məlumatı yoxdur və ZEG də nəşrin sorğusuna cavab vermək istəməyib.

Bildirilib ki, onların ümumi borclarının məbləği 460 milyard yuana, başqa adla 65 milyard dollara çatıb. Aktivlərinin həcmi isə borclarının yanında daha azdır, 200 milyard yuan. Çin əsaslı şirkət və daşınmaz əmlak sektoru ilə bağlı olan kölgə bankı məktubunda qeyd edib ki, onların borclarının məbləği həddindən artıq çoxdur.

Related posts

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı