Çinin pərakəndə satış həcmi artacaq

Çin Xalq Respublikasının 2021-ci ildə ümumi pərakəndə satış həcminin 44 trilyon yuan (6.8 trilyon ABŞ dolları) səviyyəsinə çatması proqnozlaşdırılıb. Çinin Ticarət Nazirliyinin rəsmisi tərəfindən mətbuat konfransında  kütləvi informasiya orqanlarına verilən bu məlumata istinadən, ötən ilə nəzərən sözügedən göstəricidə 12.5%-lik, 2019-cu ilə nəzərən isə 8%-lik artım qeydə alınacaq.

Qeyd edək ki, avqust ayı üzrə pərakəndə satış həcmi də ötən ilin müvafiq ayına nisbətdə 2.5% artaraq 3.44 trilyon yuan səviyyəsində qərarlaşıb.

Related posts

Çində inflyasiya son üç ilin ən yüksək səviyyəsinə çatıb

ADB Azərbaycanı ağıllı enerji və şəbəkə inteqrasiyası üzrə regional layihəyə cəlb edib

ADB Azərbaycanın daxil olduğu regional rəqəmsal ticarət layihəsini təsdiqləyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı