Çinli müştərilər Apple-ın bazardan çıxması ehtimalına görə narahatdırlar

“Apple” da daxil olmaqla bir çox Qərb texnologiya şirkətləri Ukraynada baş verən müharibədən dolayı Rusiya ilə biznes əlaqələrini kəsmişdir. Hazırda isə çinliləri bu sual düşündürür ki, oxşar hadisə onları da gözləyir? Bir sıra çinli müştərilərin diqqəti bir çox texnologiya şirkətlərinin aralarında Apple, Google, Microsoft-un 2022-ci ilin fevralın 24-də prezident Vladimir Putinin Ukraynanın işğalından sonra Rusiya bazarını tərk etməsinə yönəlib.

BBN.az NBC News-a istinadən xəbər verir ki, Apple Rusiyaya satış və ixracını dayandırıb, Apple Pay ödəniş xidmətlərindən istifadəni məhdudlaşdırıb və RT News və Sputnik News kimi media əlavələrini Apple Store-dan uzaqlaşdırıb.

Əlbəttə ki, Rusiyanın Ukraynanı işğal etməsi, Asiyadakı ictiamiyyət tərəfindən də izlənilir. Çinin prezidenti Si Tsinpin (Xi Jinping) bildirir ki, Tayvanın ölkə ərazisinə birləşdirilməsi qaçılmazdır müharibə gözləniləndir. Ancaq rəsmi Pekindən fərqli olaraq, Tayvan hökuməti isə real bir təhlükənin olmadığını deyir. Quora-ya oxşar, Çin sosial mediası olan Zhihu-da bir müştəri yazıb ki, “Əgər bir gün Çin Tayvanı azad etmək qərarına gələrsə, bizim iPhone-ların deaktiv olmayacağına kim zəmanət verə bilər?”.

Ekspertlər isə deyirlər ki, Apple-ın Çin bazarını tərk etməsi kompaniya üçün çətin ola bilər. Çünki Çin Apple üçün ən əhəmiyyətli istehsal zavodunun yerləşdiyi, eləcə də ABŞ, Avropdan sonra üçüncü ən böyük marketdir. Trivium-um texnologiya mütəxəssisi deyir ki, “Rusiyada baş verənlər, tamamilə müxtəlif situasiyadır”. “Sual budur ki, Apple-ın Çin bazarından çıxması müştərilər ilə yanaşı, müştəri data-sının da itirilməsi deməkdir?”. 

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı