Citi-dən neft proqnozu

Neft üçüncü rübdə orta hesabla 28 faiz dəyər qazanıb. Lakin Citi analitikləri “Xam neftin bu yüksək səviyyədə qalacağını gözləməyin”deyə xəbərdarlıq ediblər.

BBN.az xəbər verir ki, bazar ertəsi ABŞ xam neftinin qiyməti 2 faizdən çox azalaraq 88,82 dollar/barrel olub. Brent fyuçersləri isə bir barrel üçün 90,71 dollar səviyyəsində bağlanıb.

Citi-nin qlobal əmtəə araşdırmalarının rəhbəri Ed Morse dördüncü rüb üçün proqnoz qeydində yazıb: “Biz düşünür ki neft qiyməti gələn il düşəcək və Brent-in dördüncü rübdə orta hesabla 82 dollar, 2024-cü ildə isə 74 dollar olacağını proqnozlaşdırırıq”. Neft qiymətləri OPEC+-nın hasilatın azaldılması və Səudiyyə Ərəbistanı və Rusiyanın ilin sonuna qədər tədarükün azaldılmasından sonra yüksələn trenddə olub. Qiymətləri Rusiyanın ixrac məhdudiyyətləri də dəstəkləyib.

Citi sinoptikləri ABŞ, Braziliya, Kanada və Qayana kimi OPEC+ üzvü olmayan ölkələrdə hasilatın artdığını bildirir. Analitiklər həmçinin Venesuela və İrandan da ixracın artdığını bildirirlər.

Related posts

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Azərbaycan nefti bahalaşıb

Nyu-York birjasında təbii qaz bahalaşıb