“Citibank” nümayəndələri ilə görüş keçirilib

4 oktyabr 2023-cü il tarixində “Citibank”  nümayəndələri ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi və ABA-nın nəzdində fəaliyyət göstərən “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun sədri arasında görüş baş tutub.

Görüş zamanı Azərbaycanın bank sektoru ilə “Citibank” arasında müxbir əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsinə dair müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

Related posts

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı