“Citibank” Rusiya bazarını tərk edir

Dünyanın ən böyük maliyyə institutlarından olan “Citigroup” nəzdində fəaliyyət göstərən “Citibank” Rusiya Federasiyasında fəaliyyətini dayandırmağa məcbur olduğunu açıqlayıb. Rusiya-Ukrayna münaqişələrinin başlanğıcından etibarən ölkədə fəaliyyətlərini davam etdirməyə səy göstərsə də, artıq bank rəsmiləri buna son qoyacaqlarını bildiriblər. Əsas səbəb olaraq isə, ölkəyə tətbiq edilən sanksiyalar nəticəsində alıcı bazasının xeyli geriləməsi göstərilib.

“Citibank”dan açıqlanan məlumata görə, qurumun Rusiyada bazar kapitalizasiyası ötən ilin sonundan etibarən 9.8 milyard dollardan 8.4 milyard dollara geriləyib. Bunun 1 milyard dollarlıq hissəsi isə pərakəndə bankçılıq bazarının kiçilməsinin payına düşür. Bankın bu qərarı 15 filialda ümumilikdə 2300 nəfərlik işçi heyətinə təsir göstərəcək.

Digər tərəfdən isə, “Citibank” rəsmiləri Rusiya Federasiyasında investisiya bankçılığı sahəsində əməliyyatların davam etdiriləcəyini açıqlayıb.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı